64c9e88042ed6202308232416
Qarın ağrısı şikayəti ilə getdiyi xəstəxanada şok gerçəyi öyrəndi - 18 ildir ki... - VİDEO

Türkiyədə Yaşar Çakmak adlı şəxs 2005-ci ildə əməliyyat olunduqdan sonra səhhətində ciddi problemlər yaşamağa başlayıb.
Türkiyədə anju əməliyyatı zamanı səhlənkarlıq nəticəsində xəstənin bədənində 3 ədəd qazlı bez qalıb. Həmin vaxtdan etibarən Yaşar Çakmak qarın nahiyəsində şiddətli ağrılardan əziyyət çəkib. 18 il ərzində müxtəlif müayinə və müalicə proseslərindən keçsə də dərdinə əlac edən olmayıb, hətta xərçəng diaqnozu qoyularaq, səhv müalicə alıb. Bu il icra olunan müayinədən sonra ağrılarının əsl səbəbi üzə çııxıb, sağlamlığının 70%-ni itirən şəxs səhiyyə xidmətlərindən narazı qaldığını və məhkəməyə müraciət edəcəyini bildiririb.
Həmin görüntüləri təqdim edirik:

02.08.2023 09:21
show 8093