27.05.2021
10:42
82

Qardaşları ilə dava edən Bakı sakini ağır xəsarət aldı

Loading...

Bakının Xətai rayonunda ailədaxili münaqişə zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Babək küçəsi, 4 ünvanında baş verib.

1972-ci il təvəllüdlü Abbasov Rəsul Front oğlu evdə iki qardaşı ilə əlbəyaxa dava edib. Dava zamanı qardaşlardan biri onun baş nahiyəsinə tava ilə zərbə vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Loading...