63cffa5cc7656202301233348
Qardaşının qatiliylə qadın adıyla yazışdı, görüşə çağırdı və… – Dəhşətli intiqam planı

Kolumbiyada Anderson Johan Pineda adlı şəxs 15 il əvvəl öldürülmüş qardaşının intiqamını almaq üçün dəhşətli plan qurub.

Qlobal.net xarici mediaya istinadən xəbər verir ki, Pinedanın sevdiyi xanımla ev partisinə qatılan Salazar Diaz adlı şəxs mübahisəyə səbəb olacaq hərəkətlər etməyə başlayıb. Mübahisə əlbəyaxa davaya çevrilib, bu zaman Salazar Diaz Pinedanı öldürmək üçün tapançasını çıxarıb və atəş açıb. Qardaşı Pinedanı qorumaq üçün önünə keçib və güllə yarasından ölüb.

S.Diaz 11 il həbs cəzası alıb. Pineda qardaşının intiqamını almaq üçün 3 il plan qurub. Qatil həbsdən çıxandan sonra planını həyata keçirmək üçün fəaliyyətə başlayıb.

Belə ki, o sosial şəbəkədə qadın adı ilə profil açaraq şəkillər paylaşıb. Bununla da məqsədi S.Diazın diqqətini çəkmək olub. Məqsədinə çatıb və qardaşının qatili ilə 3 il qadın kimi yazışıb. Nəticədə Salazar Diaz onu görüşə dəvət edib. Pineda Salazar Diazı görüş yerində qətlə yetirib.

Cinayət təhlükəsizlik kameralarına düşüb. Polis görüntülərdən cinayəti Pinedanın törətdiyini müəyyənləşdirib və onu həbsə atıb. (Savash.org)

19.12.2023 16:13
show 5742