01.10.2021
14:21
527

Qardaşı qızını zorlayan kişinin məhkəməsi - "Təcavüz olunanda niyə qışqırmadın?" - VİDEO

Loading...

Mardində keçirilən məhkəmə prosesi hər kəsi şoka salıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, 17 yaşlı qardaşı qızına təcavüz edən şəxsin məhkəməsi baş tutub. Təqsirləndirilən şəxsin iştirak etmədiyi məhkəmə iclasında gənc qız hadisə günü yaşadıqlarını danışıb. Vəkilləri ən çox özündən çıxaran hakimin "təcavüz olunanda niyə qışqırmadın, səsini niyə çıxarmadın, niyə bədənində izlər qalmayıb" deməsi olub.

Təxminən 4 ay həbsdə olan əmi Osman Ç. prokurorun zərərçəkmişin lehinə rəy verməsinə baxmayaraq sərbəst buraxılmışdı. Sonradan təkrar şikayətdən sonra isə həbs edilib.


Loading...