Qardaş - həyatda ən yaxın dost, ən böyük dəstək və ailənin ayrılmaz parçasıdır.
Qlobal.net bildirir ki, həyatın çətinlikləri və sevincləri arasında qardaşların münasibəti xüsusi bir yer tutur. Qardaşlıq yalnız qan bağı ilə deyil, qarşılıqlı sevgi, hörmət və birliklə möhkəmlənir. O, uşaqlıqdan etibarən insanın yanında olan və ömür boyu güvənə biləcəyi bir dostdur. Qardaşlar arasında olan bağ bəzən sözlə ifadə edilə bilməyəcək qədər dərin və mənalıdır.
Sənlə dosta dostdur düşmənə düşmən.
Gücünə güc qatan dayaqdı qardaş.
Bir an belə düşsən dara çətinə.
Sənə yol göstərən mayakdi qardaş.
Kədərin sevincə üstün gələndə.
Kədərinə ortaq olandı qardaş.
Nədənsə sevinib üzün güləndə.
Üzünə təbəssüm dolandı qardaş.
Ata ocağının gur işığıdır.
Atadan sonraki Atandı qardaş.
Bacının ömür-gün yaraşığıdır.
Ömrünü-ömrünə qatandı qardaş..
Övladın yoxdursa o övlad olar.
Ogul tək arxanda durandı qardaş.
Müqəddəs ocağın ,and yerindi o
Özünü od-közə vürandı qardaş.
Həyat işıgındır görən gözündür.
Düşünən beynindir, əlindi qardaş.
Dünyasın dəyişib səni tərk etsə .
Qəlbini göynədən qəmindi qardaş.
Qardaşında pisi,yaxşıları var.
Canında can olan canındı qardaş
Yaxşısıda olsa pisidə olsa.
Damarında axan qanındı qardaş.
Arzu Müzəffər Qızı Nuri.
*****
Elə divarlar aşmışıq,
Qardaş, ölüm nəmənədi?
Elə yüklər daşımışıq
Qardaş, ölüm nəmənədi?
Ölüm nədi? – Adi divar,
Həllac Mənsur var, Hadi var,
Fağır ölümün adı var,
Qardaş, ölüm nəmənədi?
Sevənlər aşiq olmasa,
Qan bircə qaşıq olmasa,
Bu arvad-uşaq olmasa,
Qardaş, ölüm nəmənədi?
Güllər, çiçəklər dərmişik,
Guya pünhana sərmişik.
Məqbəri bizlər hörmüşük,
Qardaş, ölüm nəmənədi?
Doğru-düzünə yaşasan,
Halal sözünə yaşasan,
Ömrü özünə yaşasan,
Qardaş, ölüm nəmənədi?