Qaraciyər çatışmazlığının əlamətləri

Qaraciyər çatışmazlığının əlamətləri

Qaraciyər qarın boşluğunun yuxarı sağ hissəsində yerləşən bədənin ən böyük daxili orqanıdır və orqanizmdə müxtəlif həyati funksiyalar yerinə yetirir. 

 

Qlobal.net bildirir ki, qaraciyərin funksiyalarını yerinə yetirə bilməməsi, qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu, qaraciyərin geri dönməz zədələnməsi ilə əlaqəlidir.

 

Qaraciyər çatışmazlığı nədir?

 

Qaraciyər çatışmazlığı, qaraciyər zədələndikdə işləməməsi nəticəsində yaranır. Hepatit, diabet və toksinlər kimi xəstəliklər müalicə olunmazsa, uzun müddətdə qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu, qaraciyər xərçəngi və ya sirozla əlaqəli olub, çoxlu orqan çatışmazlığına yol aça bilər. Qaraciyər transplantasiyası xəstənin vəziyyətini yaxşılaşdıraraq, rifah səviyyəsini artırır. Qaraciyər çatışmazlığı iki növə ayrılır: kəskin və xroniki, kəskin daha az yayılıb.

 

 

Simptomları nələrdir?

 

Qaraciyər çatışmazlığının simptomları qaraciyər funksiyalarını itirdikdə baş verir və xəstəliyin səviyyəsindən asılı olaraq dəyişir. Ümumi simptomlar bunlardır:

 

1.Zəiflik 

2.Ürəkbulanma 

3.Qusma 

4.Dəridə qaşınma 

5.Arıqlıq 

6.Mədə ağrısı 

7.Beyin disfunksiyası 

8.Sarılıq 

9.Nəcisdə qan 

10.Tünd rəngli sidik 

11.Turşu yığılması

12.Yuxusuzluq 

13.Gözlərin və ya dərinin sararması 

14.Qavrama və ifadədə yavaşlama 

15.Ekstaz və ya depressiya

 

 

Qaraciyər çatışmamazlığının səbəbləri nələrdir?

 

Qaraciyər çatışmazlığının bir çox bilinən səbəbləri var. Hepatit A, B, C, E, Wilson xəstəliyi kimi viral hepatitlər, hamiləliyin kəskin piyli qaraciyəri, qalaktozemiya və tirozinemiya kimi metabolik xəstəliklər, toksik-dərmanların səbəb olduğu səbəblər, sepsis, çoxlu orqan çatışmazlığı, yabanı göbələk, alkoqollu və alkoqolsuz yağlı qaraciyər kimi tanınır. Qaraciyər çatışmazlığı idiopatik (səbəbi bilinməyən) kimi də baş verə bilər.

Qaraciyər çatışmazlığı hər kəsin başına gələ biləcək bir xəstəlikdir. Xəstəlikdən qorunmaq üçün bəzi ehtiyat tədbirləri görülməklə xəstəliyə yoluxma riskini azaltmaq olar.

 

Qaraciyər çatışmazlığının müalicəsi nədir?

 

Qaraciyər çatışmazlığının sübut edilmiş müalicəsi yoxdur, amma müalicə səbəblərə əsaslanır. Bəzi xəstəliklər dərman müalicəsi və həyat tərzinin dəyişdirilməsi ilə yaxşılaşa bilər. Daha ağır hallarda qaraciyər transplantasiyası tələb olunur. Transplantasiya əvvəlində ətraflı araşdırmalar aparılır. İnfeksiya, ölüm səbəblərindən biridir, buna görə də transplantasiya öncəsi və sonrası dəstəkləyici müalicə, o cümlədən dərmanlar, maye balansı və qida müalicəsi vacibdir.

Səbinə

Qlobal.net

19.02.2025 17:54
show 151