Sağlam mətbəxlərin sevimlisi və keyfiyyətli qida dəyəri ilə məşhurlaşan
qarabaşaq yarması mətbəxlərinizin əvəzolunmaz olmağa namizəddir!
Qlobal.net bildirir ki, bir neçə dəqiqədə qaynadılaraq hazırlanan və soyuducuda
saxlanaraq uzun müddət saxlanılan yemək, aşağı kalorili və doyurucu təsiri ilə
diyetlərin qızıl medallı qidalarından biridir.
Qarabaşaq nədir?
Qarabaşaq, turşəng ailəsinə aid olub, klassik buğdadan 11% az protein və 2%
az yağ ehtiva edir. İllərdir heyvan yemi kimi istifadə edilən qarabaşaq
yarması, indi yemək və desertlərdə də yer alır. Tərkibində qlüten olmadığı üçün
qoz dözümsüzlüyü və çölyak xəstəliyi olanlar üçün uyğundur. Qarabaşaq yarması,
pəhrizlərdə əsas məhsul olaraq istifadə edilir.
Qarabaşaq unu nədir?
Qarabaşaq unu, qreçka olaraq tanınır və qarabaşaq yarmasının üyüdülməsi ilə
əldə edilir. Onun sıx dadı, tək başına istifadə edilməsini çətinləşdirir.
Qarabaşaq çörəyi bişirmək üçün digər unlarla qarışdırılır. Qreçka, taxıl deyil,
qoz kimi təsnif edilir.
Qarabaşağın faydaları nələrdir?
1)Tərkibindəki Rutin P1 vitamini pis xolesterini azaldır. Damarları gücləndirir
və elastikliyini artırır.
2)Qarabaşaq yüksək təzyiqin qarşısını alır.
3)Qarabaşaq bitkisi bağırsaqlar üçün faydalıdır. Tərkibindəki aşağı yağ və
qlütensiz protein tərkibi bağırsaq dövranını tənzimləyir.
4)Lizin tərkibi soyuqdəymələrin qarşısını almağa kömək edən bir amin turşusudur.
5)Bitki bədəndə iltihabın qarşısını alır.
6)Həddindən artıq tərləmənin qarşısını alır.
7)B1 və B2 vitaminləri ilə zəngindir. Gündəlik 100 qram qarabaşaq yarması
istehlakı gündəlik B1 vitamini ehtiyacının 40 faizini ödəyir.
8)Tərkibindəki dəmir dəmir anemiyasına yaxşı gəlir.
9)Kolin maddəsi qaraciyərin sağlam qalmasına kömək edir.
Səbinə
Qlobal.net