Rusiyalı müşahidəçilər Əsgəran qəsəbəsində daha bir müşahidə məntəqəsini bağlayıb.
Qlobal.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya MN-in yaydığı məlumatda bildirilir ki, Şuşa rayonunun qaz təchizatının bərpası üçün Qarabağdakı erməni sakinlərlə Azərbaycanın birgə qrupunun işi təmin edilib.
Qanunsuz silahların yığılması ilə bağlı məlumat da rəsmi açıqlamada yer alır. Rusiya Hərbi Kontingentinin məlumatına görə, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil texnikası, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya silahı, MLRS və minaatan, 1 ədəd İHA, 7 mindən çox atıcı silah və tank silahları, təxminən 66,1 milyon sursat təslim edilib.