photo_12089881

Qarabağdan taxılın daşınması dayandı – Erməniləri aclıq gözləyir

Qarabağdakı separatçı-terrorçu rejim Ermənistana taxıl göndərilməsini qadağan edən "qərar" çıxarıb.

Qlobal.net publika.az-a istinadən xəbər verir ki, separatçılar bunu "hərbi vəziyyətlə" əlaqələndirir.
İntəhası, separatçıların belə bir qərar verməsinin gerçək səbəbləri başqadır.

30 illik işğal dövründə Ermənistanın taxıl ehtiyacının yarısı Azərbaycan torpaqlarının hesabına təmin olunurdu. Məlumatlara görə, Ermənistanda illik taxıl istehsalı 190 min ton civarında olub, bunun da 90 min tonu işğal altındakı ərazilərdən yığılıb. İşğal altındakı ərazilərdə taxıl istehsalı ümumilikdə 110-120 min ton civarında qiymətləndirilirdi, bunun da 25-30 min tonu separatçı-terrorçuların illik taxıl ehtiyacının ödənilməsinə sərf edilir, qalanı Ermənistana göndərilirdi.

44 günlük müharibədə Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Qarabağdakı separatçı-terrroçu rejimin qalıqları əkin sahələrindən də böyük ölçüdə məhrum oldu. Bu vəziyyət Ermənistanın taxıl istehsalında da ciddi problemlər yaratdı.

Qarabağa köçürülmüş ermənilərin böyük əksəriyyəti müharibə zamanı Ermənistana qayıtdığı üçün separatçıların illik taxıl ehtiyacının həcmi azalıb, lakin buna paralel olaraq, əkin sahələrindən məhrum olmaları istehsalın da minimuma düşməsinə səbəb olub.

İndi separatçılar Ermənistana taxıl göndərilməsini dayandırır. Bu təsdiq edir ki, separatçılar müharibədən sonra Qarabağa qayıdan erməni əhalisinin (hazırda 25-30 min erməni var) ehtiyacını ödəyə bilmirlər.

Bundan ən böyük zərər çəkən isə Ermənistan olacaq.

1. İşğala son qoyulduqdan sonra rəsmi İrəvanın Azərbaycan torpaqlarından daşıdığı taxılın həcmi minimuma enib;
2. Artıq minimum həcmdə olan taxıldan da məhrum olurlar;
3. Ukrayna müharibəsindən sonra yaranan taxıl böhranı fonunda Ermənistanın digər ölkələrdən idxalında da problemlər yaranıb.

Erməni ekspertlər ölkədə unun bahalaşacağını və taxıl qıtlığının yaranacağını proqnozlaşdırırlar.

05.07.2022 22:52
show 292