27.04.2021
00:07
108

Qarabağda ayağını itirən qazi icra başçısından Prezidentə şikayət etdi

Loading...

İkinci Qarabağ müharibəsində bir ayağını itirən qazi Novruz Novruzov Prezidentə şikayət ərizəsi yazıb.

Əslən Cəbrayıl rayonundan olan  qazi Novruzov Novruz Malik oğlu adıçəkilən rayonun rəhbərliyini rüşvətdə ittiham edib:

Gununsesi.info həmin müraciəti təqdim edir:

Bildirirəm ki, mən ikinci Qarabağ savaşında Ağdərə istiqamətində gedən döyüşlərdə sağ ayağmın dizdən aşağı hissəsini itirdim. Təsüüfflər olsun ki, şəhidlik zirvəsinə ucala bilmədim. Baxmayaraq ki, döyüş yoldaşlarımdan çox sayda şəhidlər verdik.
Qazi olduğum üçün ordu sıralarından xaric oldum. Ayağımı itirməyim nəticəsində heçbir özəl sektorda çalışa bilmirəm.
Cənab prezident, sizin qazilərə göstərdiyiniz yüksək qayğını daima hiss etmişik, lakin Cəbrayıl rayon İcra hakimiyyəti sizin bu qayğınıza kölgə salmağa çalışır. İcra başçısı və onun müavinləri, bir ayağını itirmiş qazi olmağıma baxmayaraq, bir dəfədə olsa bizə baş çəkməyə və ya hər hansı bir dəstək olmağa çalışmayıblar. İcra başçısından qayğı umduğum halda, nəyinki qayğı heç qəbuluna belə buraxılmadım.
İşlə təmin olunmağım barədə dəfələrlə İcra hakimiyyətinə müraciət etməyimə və ali təhsilli olmağıma baxmayaraq, məni işlə təmin etmirlər. Müraciətimə rəsmi cavab olaraq bildirilər ki, Sizə veriləcək boş vakansiya yoxdur. Halbuki, Cənab Prezident sizin diqqət və yüksək qayğınız sayəsində Cəbrayıl rayon İcra hakimiyyətində Şəhid ailələri və qazilərin işləri üzrə şöbə yaradılması haqqında sərəncam verilmişdiniz və həmin şöbədə iki vakant boş iş yeri mövcud idi. Əgər icra hakimiyyəti məni işlə təmin etməmək üçün dolayı yollardan istifadə edib imtina verisə, hansı müəssə məni işlə təmin edər ki.
Sizin sərəncamınızla İcra hakimiyyətində yaradılan Yeni şöbəyə kadırın seçilməsində Şəhid ailə üzvləri və ya qazilərdən təyin edilməli olduğu hallda, bir müəllimi öz vəzifəsindən çıxararaq bu şöbəyə müdir təyin etdilər. Fikirimcə burda rüşvət halları mövcutdur.
Yazıb sizdən xahiş edirəm ki, İkinci Qarabağ müharibəsində bir ayağımı itirərək qazi olmağımı nəzərə alaraq Cəbrayıl rayon İcra hakimiyyətində baş verən özbaşınalıqları araşdırıb və mənim işlə təmin olunmağıma köməklik edəsiniz.

İmza: qazi Novruzov Novruz
əlaqə: 051 975 33 30

Loading...