Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə məcburi
köçkünlərin kvalifikasiyasının tanınması, özünüməşğulluq imkanlarının
artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək
xarakterli birgə əməkdaşlıq layihəsi həyata keçirilir.
Dövlət Komitəsindən Qlobal.net-ə
verilən məlumata görə, ilkin mərhələdə 40 nəfərdən ibarət məcburi
köçkünün iştirak etdiyi layihənin əsas məqsədi böyük qayıdışda iştirak
edəcək reinteqrantların dayanıqlı məşğulluğu və adaptasiyasının təmin
edilməsidir.
Layihənin
hədəf qrupu formal təhsil ala bilməmiş məcburi köçkünlərdir. Həmin
şəxslərin qənnadçı-şirniyyatçı, tikiş avadanlıqlarının
operatoru-tikişçi, bərbər, plastik boru qaynaqçısı ixtisasları üzrə
bilik və bacarığının artırılması və sonda dövlət nümunəli (ilk peşə
təhsili üzrə sənədə bərabər) təhsil sənədinin verilməsi nəzərdə tutulub.