"Qarabağ" UEFA-ya müraciət edib.
Qlobal.net xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın "Nant" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.
"Danışmaq və fikir bildirmək üçün asan gün deyil. Şəhidlərimiz var. Sərhəddə döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət etsin. Allah onların ailələrinə səbr versin".
Baş məşqçi bildirib ki, Avropa Liqasında "Nant"a qarşı keçirəcəyi oyundan öncə ötən gün döyüşlərdə şəhid olan hərbçilərimizin bir dəqiqəlik sükutla yad edilməsi üçün UEFA-ya müraciət edib.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.