64faf880dec11202309233336
"Qarabağ" Şahruddinin yerinə onu qaytarır - Klub rəsmisi AÇIQLADI

Qapıçı Şahruddin Məhəmmədəliyevin "Adanaspor"a keçidindən sonra Ağdam təmsilçisi UEFA-ya yeni qolkiper sifariş edəcək. 

Qlobal.net xəbər verir ki, bunu Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın direktoru Əmrah Çəlikəl deyib. 

Klub rəsmisi Şahruddinin əvəzinə UEFA-ya gənc "çərçivə" qoruyucusu Amin Ramazanovun adının göndəriləcəyini bildirib.

Hazırda "Qarabağ"ın 3 qapıçısı var. Bunlar bir müddət öncə "Bayer Leverkuzen"i Azərbaycan təmsilçisinə dəyişən Andrey Lunyov, Luka Quqeşaşvili və Amin Ramazanovdur. 

Qeyd edək ki, ağdamlılar AL-in H qrupunda "Bayer Leverkuzen" (Almaniya), "Molde" (Norveç) və "Hekken"lə mübarizə aparacaq.

08.09.2023 14:33
show 1686