“Qarabağ”ın play-off qazancı bəlli oldu – MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində təmsilçimiz “Qarabağ” Bolqarıstanın “Ludoqorets” kollektivini üstələyib və mərhələ adlayıb.

Qlobal.net xəbər verir ki, ilk oyunda Bakıda 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın səfər matçının əsas hissəsi 2:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda daha 4 dəfə rəqib qapısına yol tapan “Qarabağ” 7:2 hesablı fantastik qələbə ilə Çempionlar Liqasının play-off mərhələsinə adını yazdırıb.

UEFA-nın rəsmi saytında yer alan məlumata görə, Çempionlar Liqasının play-off mərhələsində iştirak edən hər bir klub 5 milyon avroya yaxın məbləğ qazanacaq. Qrup mərhələsində iştirak hüququ qazanan klublar isə 15,6 milyon avroya sahib çıxacaq.

Qeyd edək ki, “Qarabağ”ın bu mərhələdə rəqibi “Dinamo Zaqreb” olacaq. (metbuat.az)

Related Articles

Bir cavab yazın

Back to top button