İdman

“Qarabağ” futbolçularına mükafat verdi

“Qarabağ” rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.

Qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağı təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik sərgilənən oyundan olduqca razı qalıb.

Bu səbəbdən əsas heyətdə meydana çıxanların hər birinə 70 min manat mükafat ayrılıb. Sonradan meydana çıxanlar bu məbləğin yarısına sahiblənəcək. Ehtiyatda qalanlar isə göstərilən rəqəmin 25-30 faizi qədər irəli düşəcək.

Cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi “Benfika” zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. “Kopenhagen” qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.(sportinfo)

Related Articles

Leave a Reply

Back to top button