UEFA
"Qarabağ" Azərbaycanın reytinqini artırdı

Azərbaycanın UEFA reytinqindəki xalı artıb.

Qlobal.net xəbər verir ki, buna Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində ötən gecə keçirilən oyun səbəb olub.

Yunanıstanda “Olimpiakos”un qonağı olan “Qarabağ” 3:0 hesabı ilə qalib gəlib. Bu, Azərbaycanın UEFA reytinqinə 0,500 xal gətirib.

Bununla da cari mövsüm qazanılan xallarımız 3,000-ə çatıb. Son 5 mövsümün nəticələrinə əsasən hesablanan əmsalımız isə 15,625-ə qədər yüksəlib. Amma bu artım irəliləyiş üçün yetərli olmayıb. Ölkəmiz Avropada 29-cu pillədə qalıb.

07.10.2022 09:07
273