Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 1 noyabr 2023-cü il və 31 oktyabr 2024-cü il tarixləri arasında olan məlumatları nəzərə alaraq, dünyanın ən yaxşı komandalarını açıqlayıb.
Qlobal.net xəbər verir ki, iki türk komandası ilk 45-likdə yer almağı bacarıb.
“Dördlük”dən “Qalatasaray” və “Beşiktaş” siyahıda yüksəldiyi halda, “Fənərbaxça” və “Trabzonspor” geriləyib. Super Liqada mövsümün diqqətçəkən komandası olan Samsunspor isə böyük bir sıçrayış edərək, eyni anda 43 pillə yüksəlib.
"Qarabağ" isə 12 pillə geriləyərək 72-ci sırada yer alıb. Azərbaycan klubu "Napoli" (İtaliya), "Totenhem" (İngiltərə), "Vest Hem" (İngiltərə), "Monako" (Fransa) kimi tanınmış klubları qabaqlayıb.
Son yeniləmədən sonra dünyanın ən yaxşı komandaları aşağıdakı kimi sıralanıb:
1- "Real Madrid"
2 - "Mançester Siti"
3 - "Bayer Leverkuzen"
4- "Atalanta"
5- "Atletico Mineiro" (4 pillə irəli)
6- "Botafoqo" (2 yer yuxarı)
7- "Barselona" (3 pillə irəli)
8- "Flamenqo" (2 yer yuxarı)
9- "Liverpool" (1 yer yuxarı)
10- "Borussia Dortmund" (4 pillə geriləyib) 34- Fənərbaxça (9 pillə geriləyib)
34- "Fənərbaxça" (9 pillə geriləyib)
44- "Qalatasaray" (8 pillə irəli)
72- "Qarabağ" (12 pillə geriləyib)
92- "Beşiktaş" (13 pillə yüksəldi)
117- Trabzonspor (2 pillə geriləyib)
129- Başakşehir (6 pillə geriləyib)
242- Samsunspor (43 yer yuxarı)