“Lion”un ulduzu qarət olunub.
Qlobal.net offsideplus.az-a istinadən xəbər verir ki, Jorj Mikautadzenin evinə basqın edilib. Dünən axşam saatlarında iki nəfər maskalı şəxs futbolçunu silahla təhdid edib.
Oyunçunun təxmini 250 000 avro dəyərində əşyası oğurlanıb. Özünə isə heç bir xəsarət yetirilməyib.
Qeyd edək ki, Mikautadze Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Qarabağ”la oyunda “dubl”a imza atmışdı.