Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb.
Qlobal.net xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov bildirib.
“Qara qutu tapılıb və maddi sübut kimi istintaqın işinə daxil edilib. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib”, - Suleymenov brifinqdə deyib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 yaralı var.