photo_87031503
Qara görə təxirə salınan oyun bu gün keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, təxirə salınmış matçda “Qəbələ” ilə “Zirə” üz-üzə gələcək.

Dünən Qəbələdə güclü qar yağması səbəbindən dayandırılan qarşılaşma 65-ci dəqiqədən etibarən davam etdiriləcək. Həmin ana qədər hesab açılmayıb. İstənilən nəticə iki komandadan birini turnir cədvəlində ikinci pilləyə yüksəldəcək.

Qeyd edək ki, turun ilk iki günündə keçirilən oyunlarda “Keşlə” “Səbail”i 3:0, “Qarabağ” “Sabah”ı 1:0, “Neftçi” isə “Sumqayıt”ı 2:1 məğlub edib.

Azərbaycan Premyer Liqası
XIX tur
14 mart
12:30 “Qəbələ” – “Zirə”
Baş hakim: 
Əliyar Ağayev
Qəbələ şəhər stadionu

14.03.2022 11:00
199