65f7e358a2f27202403244648
Qapazı başıma vurub dedim ki... - Niyaməddin Musayev

"Bir yaxın insanla ziyarətə getdim. O ziyarətgahın aşağı, mən isə yuxarı hissəsində idim. Orada Allaha yalvardım ki, mənə 100 min pul yetir və dualar etdim. Sonra mən yuxarıdan aşağa yaxınımın yanına düşdüm, o da duasını edib birlikdə ziyarətgahı tərk etdik".

Qlobal.net bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev "Günaydın, Azərbaycan!" verilişində deyib.

83 yaşlı sənətkar bildirib ki, ziyarətdən bir neçə gün sonra o, dövlət tərəfindən mənzillə mükafanlanıb:

"Bu hadisənin üzərindən heç bir həftə keçmədi ki, Prezident Aparatından mənə zəng edib söylədilər ki, sizə ev hədiyyə olunub. Onda qapazı başıma vurub özümə dedim ki, ziyarətgahda 100 minin əvəzinə heç olmasa 1 milyon istəyərdin də..."

18.03.2024 11:00
show 399