6741beac6740e202411243820

Qandinin ayaqqabısı

Əgər sənin ayaqqabının bir tayı hündür bir yerdən düşsə, yaxudda yoxa çıxsa, digər tayını nə edərdin? Bu hekayəni diqqətlə oxuyun.

Bir gün Mahatma Qandi qatara çatmaq üçün sürətlə qaçır. Qatar sürətini artırdığı bir vaxtda, o, qatara qalxır.  Bu anda ayağındakı ayaqqabının bir tayı relslərin üzərinə düşür. Artıq ayaqqabını götürə bilməyəcəyini bilən Qandi, ayağındakı digər ayaqqabını da qatardan atır. Bunu görən dostları, təəccüblənərək ondan niyə belə etdiyini soruşurlar.
Qandi isə dahiyanə şəkildə onlara cavab verir: "Düşündüm ki, ayaqqabımın birini saldımsa, onu hər hansısa bir kasıb tapa bilər. Əgər birini tapsa, ona heç bir fayda verməyəcək. Mənə də ayağımda olan cüt heç bir fayda verməyəcək. Ona görə də, hər iksini də atdım ki, onları tapan kasıb bir insan hər ikisindən faydalana bilsin".
Bundan alacağımız ibrət budur ki, əlimizdən çıxan hər hansısa bir nemət, başqasının əlinə keçəcək. Bu da ona xoşbəxtlik gətirə bilər. Gəlin biz də onun sevinci ilə sevinək, əlimizdən çıxan nemətlərə üzülməyək.

23.11.2024 15:38
show 130