Paylaşımları və mahnıları ilə gündəmdən düşməyən türkiyəli müğənni Aleyna Tilki Kiprdəki konsertindən əvvəl jurnalistlərin qarşısına çıxıb.
Qlobal.net xəbər verir ki, qalmaqallı müğənni maqazin gündəminə səs salan etiraf edib.
O bildirib ki, Kiprə hər gələndə qumar oynayır:
"Kiprdə limitlərlə qumar oynamağı xoşlayıram. Bunu burada etiraf edim. Amma həmişə özümə limit qoyuram, oraya qədər oynayıram. Ondan sonra, adətən, buraxıram. Qumardan qazandıqlarımı isə xərcləmirəm".
Qeyd edək ki, Kipr qumarxanaları ilə də məşhurdur. Türkiyəli məşhurlardan Məhməd Əli Ərbil, Sərdar Ortac, Seda Sayan Kiprdə qumar oynadıqlarını etiraf ediblər.