Cəmiyyət
Qalmaqallı məktəb direktoru işdən azad edildi

Eşqi Bağırov qalmaqallı məktəb direktorunu işdən azad edib.
Qlobal.net bildirir ki, bu haqda MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Fidan
Qlobal.net