Şou-biznes

Qalmaqal yaşayan Əminə ilə Manafın səmimi görüntüləri yayıldı: Şou əhlinə inanmayın

Efirdə bir-birilərinin ünvanına qalmaqallı ifadələr səsləndirən müğənnilər Əminə Şirin və Manaf Ağayev bir arada görüntülənib.

Qlobal. net xəbər verir ki, görüntülərdə onların çox səmimi, mehriban olduqları aydın görünür.

İzləyicilər aralarındakı qalmaqalın gündəm yaratmaq məqsədilə edildiyini bildiriblər.

Qeyd edək ki, müğənni Əminə Şirin həmkarı Manaf Ağayevlə bağlı “Toy məktəbdir” deyən kişini, özü də “krassavçik” kişidir, onu 3 aylıq mənə versələr, musiqi tərzini dəyişərdim. 3 ay təhsil alardı və ondan sonra toya “məktəb” desə, mənə nə deyirsiz deyin. Hətta 3 aydan sonra, gələn il onu Avroviziyada da görə bilərsiniz” demişdi.

Manaf isə cavabında “Mənə də vokalı öyrənmək üçün 3 ay lazım deyil, 10-15 günə öyrənərəm. Mən döyüşməyi çox sevirəm, amma qadınla yox” cavabını vermişdi.

Related Articles

Bir cavab yazın

Back to top button