Qafanda yaşayan erməni azərbaycanlılara səsləndi: “Ağacların barı-bəhəri də sizinlə gedib” - VİDEO
Zəngəzurun Qafan şəhərinin inzibati ərazisində yerləşən Mahmudlu
kəndində yaşayan erməni sovet dövründə kənd sovetinin sədri olmuş Səməd
Qarayevə videogörüntü ilə mesaj göndərir.
O, görüntüdə azərbaycanca danışıb. O bildirib ki, ağacların barı-bəhəri də azərbaycanlılarla gedib.
Qeyd edək ki, bu kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu
ildən sonra adı dəyişdirilərək Çaykənd edilib, buna baxmayaraq, yerli
sakinlər kəndi elə Mahmudlu olaraq adlandırıblar. 90-cı illərdə isə
kəndin adı saxtalaşdırılaraq Getişen edilib.
Mahmudlu adı XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır.