Kişinin təmiz, baxımlı və düzgün görünməsi dinimizin tövsiyə etdiyi xüsusiyyətlərdəndir. Saç, saqqal və bığ baxımı bu çərçivədə qiymətləndirilməlidir.
Qlobal.net bildirir ki, Saçları təmizləmək, yumaq, ətir sürtmək, daramaq və boyamaq Hz. Peyğəmbərin təşviq etdiyi əməllərdən biridir (Buxari, Əhadisu'l-ənbiya, 50 [3462]; Libas, 67 [5899]; Müslim, Libas, 80 [2103]). Buna əsasən, başqalarını aldatmaq məqsədi güdmədən saç, saqqal və bığ boyamaq icazəlidir (Mubarakpuri, Tuhfətü'l-əhvazi, 5/353-361 [1752-1753]).
Kişinin saçlarını qırmızı kimi xına rənglərinə boyaması icazəli olsa da, onları qara rəngə boyamaq məkruh hesab edilmişdir. Məkkənin fəthi günü Hz. Əbu Bəkirin yaşlı atası Əbu Kuhafənin saçlarının tamamilə ağardığını görən Hz. Peyğəmbər belə buyurmuşdur: “Bu ağ saçın rəngini dəyişdirin və qaradan çəkinin.” (Müslim, Libas, 79 [2102]).
Lakin gənc yaşda saçları ağaran şəxslərin saçlarını qara rəngə boyamaları caiz sayılmışdır. Çünki bu halda saçların qara rəngə boyanması onların təbii halına qaytarılması mənasına gəlir. Məsələn, Səd b. Əbi Vaqqas, Üqbə b. Amir, Həsən, Hüseyn və Cərir kimi səhabələrin bunu etdikləri rəvayət olunur (Şövkani, Neylü’l-əvtar, 1/154-155 [143]).
Qadınlara gəldikdə isə bu mövzuda hər hansı məhdudiyyət yoxdur. Lakin diqqət edilməli əsas məqam qadının saçını və digər məhrəm yerlərini yad kişilərə göstərməməsidir.
Boyanın saç üzərində kimyəvi bir təbəqə yaradıb suyun dəyməsinə mane olmaması şərtilə nə qüsl almağa, nə də namaz dəstəmazına maneçilik törətməsi mümkün deyil (İbn Abidin, Rəddü’l-muhtar, 1/154).
Fatimə
Qlobal.net