648c13a8ca700202306234752
"Qadınların pensiya məbləği fərqli hesablansın" – Milli Məclisdə müzakirə

"Qeyri fəal əhali seqmentində qadınların çoxluq təşkil etməsi qadın və kişilərin pensiyaları arasında fərqlər yaradır".

 Qlobal.net bunu Milli Məclisin növbədənkənar iclasında deputat Vüqar Bayramov deyib. Millət vəkili xüsusi əmsallardan istifadə edərək qadınların pensiya məbləğinin yüksəldilməli olduğunu təklif edib: "Bir çox ölkələrdə qadın və kişilər arasında pensiya məbləği arasında fərqi azlatmaq üçün xüsusi əmsallardan istifadə olunur. Təklif edirəm ki, Azərbaycanda pensiya yaşı tamam qadınların pensiya məbləği xüsusi əmsala vurulsun. Bu da qadınların pensiya kapitalını artırar. Bu imkan verər ki, qadın və kişilər arasında pensiya məbləği arasındakı fərq aradan qalxsın. Bunun maliyyə hesabatının hazırlanması lazımdır, sözügedən məsələ sosial siyasətin prioritetlərdən biridir". (sfer.az)

16.06.2023 11:47
547