67a441722092a202502255826

Qadınları ərləri ilə birgə ölümə aparan "oyun"

Hindistanda keçmişdə tətbiq olunan və qorxulu bir ənənə olan Sati (və ya Pati) qadınların ərlərinin ölümündən sonra özlərini yandırma mərasimidir.

Qlobal.net bildirir  ki, bu adət qadının ərinin ölümünə qurban gedərək, onun ruhunu “bədbəxtlikdən” xilas etməsi məqsədi güdürdü. Əslində, bu adət qadınların iradəsi ilə deyil, cəmiyyətin təzyiqi altında həyata keçirilirdi.

XIX əsrdə İngilis kolonistlərinin müdaxiləsi ilə qanunla qadağan olunsa da, bəzi bölgələrdə hələ də bu ənənə davam edirdi. Müasir dövrdə Sati zorakılıq və qadın hüquqlarının pozulması olaraq qəbul edilir və geniş şəkildə pislənir. Bu, Hindistanın sosial və dini baxımdan keçirdiyi dəyişiklikləri əks etdirən qorxulu bir mədəniyyətin qalıntısıdır.

Səbinə
Qlobal.net

06.02.2025 08:58
show 111