İran hökumətinin "hicaba riayət etməmək" adı altında ölkədə qadınlara qarşı bir sıra qadağalar hazırlayıb.
Globall.az xəbər verir ki, lent.az-ın yerli sosial şəbəkə istifadəçilərinə istinadən məlumatına görə, İran Millət Bankı təlimat hazırlayaraq ora gələn xanımların dikdaban ayaqqabı və nazik corab geyinməsini, qeyri-adi zinət əşyaları taxmasını, habelə kişi müdirlərin qadın katiblərdən istifadə etməsini qadağan edib.
"Dideban-e İran" xəbər agentliyinin dərc etdiyi həmin xəbərdarlıq məktubuna görə, dövlət idarələrində çalışan xanımlar baş yaylığından əlavə, sinələrini və saçlarını tam şəkildə örtəcək örpəklərdən də istifadə etməlidirlər.
Qeyd edək ki, son günlərdə sosial mediada İranın bir çox şəhərlərində əxlaq polisi və könüllü "Bəsic" qüvvələrinin xanımlara guya hicaba düzgün riayət etməmələri ilə bağlı müdaxilələr etməsinə və İran qadınlarının onlara sərt reaksiya verməsinə dair videolar yayılıb.