Rusiya Dövlət Dumasının deputatı Tatyana Butskayanın sözlərinə görə, rusiyalı qadınlar 35 yaşına qədər uşaq dünyaya gətirməlidirlər.
Qlobal.net xəbər verir ki, o bu barədə "Moskva danışır" radiostansiyasına müsahibəsində bildirib.
Butskaya öz mövqeyini tibb fakültəsində əldə etdiyi biliklərlə əsaslandırıb. O bildirib ki, 35 ildən sonra genetik mutasiya riski "eksponensial" olaraq artır.
"35-ə qədər hər şey mükəmməl şəkildə inteqrasiya edilə bilər", - deyə deputat bildirib. (Unikal)