67f8da61b8e1b202504250121

Qadınla ən azı 5-10 dəqiqə sevişməlisən ki... - Seksoloqdan MƏSLƏHƏT

Bizim ölkədə çoxunun seksdən anlayışı olmadığı, onu dərk etmədiyi üçün yalnız cinsi orqanlarına fokuslanırlar. Əslində, qadın belə deyil. Qadınlar daha çox yerə fokuslanmaq istəyirlər. Əgər bir münasibətdə seksi yalnız cinsi orqanların toxunuşu kimi qəbul edirlərsə, bu, təcrübəsizlikdən irəli gəlir. 

Qlobal.net xəbər verir ki, bunu lent.az-a klinik psixoloq-seksoloq Təhmasib Cavadzadə deyib.

O qeyd edib ki, insanların çoxuna sevişmək anlayışı çatmır: "Bizim heyvanlardan çox fərqimiz var, elə deyilmi? Heyvanların bəzilərində saf seks, yəni sevişmək var. Amma insanların çoxuna sevişmək anlayışı çatmır. Bəlkə ən çoxu 1-2 dəqiqə buna vaxt ayırarlar. 1-2 dəqiqə sevişmək olar? Qadınla ən azı 5-10 dəqiqə sevişməlisən ki, o özünə gəlsin və seksə hazır olsun. Kişi sadəcə cinsi orqanını daxil edib boşalmağı düşünür. Sonra isə bundan şikayətlənirlər. Kişinin erkən boşalmasının səbəbi onun seksin əvvəlindən etibarən sadəcə bu barədə düşünməyidir. Beyin də onun bu istəyini yerinə yetirir. Kişilərin bu istəyi bilirsiz nəyə bənzəyir? Sanki hər cür funksiyası olan son model mobil telefon almısan, lakin onu sadəcə zəngləşmək üçün istifadə edirsən". 

67aafefb236d8202502254043

24.03.2025 22:55
show 1143