653ba12255115202310233810
“Qadının özünə məsləhət verən lazımdır, o kişiyə nə deyəcək?" - Aşıq Əli

Aşıq Əli Tapdıqoğlunun qatıldığı teleproqramlardan birində qadınlarla bağlı dediyi sözlər sosial şəbəkələrdə tənqid olunub. 

Lent.az-ın xəbərinə görə,  Aşıq Əli qadın və kişi münasibətlərindən söz açarkən kişilərin özlərini evdə də, çöldə də sultan kimi aparmalı olduğunu bildirib.

“Deyirlər subaylıq sultanlıqdır, kişi həmişə sultan olur. Subaykən də evliykən də”,- deyə o bildirib.

Aparıcının "Evdə son sözü qadın, yoxsa kişi deməlidir?" sualına cavab verən aşıq qadınlar barədə xoş olmayan ifadələr işlədib.

"Qadının özünə məsləhət vermək lazımdır, qadın məsləhət verə bilməz. Qadın evdə uşağı tərbiyə edib, yemək bişirsin. Bəli, hörmətini saxlamalısan. Həddi var” deyib.

Proqramın digər qonağı zarafatla, “Əli buradan çıxıb evə gedəcəyik, ehtiyatlı danış” desə də, Əli Tapdıqoğlu “mən evə getməyəcəm” cavabını verib.

Aşıq Əlinin bu çıxışı sosial şəbəkələrdə xanımların sərt reaksiyası ilə qarşılanıb.
  

27.10.2023 15:36
show 687