64e397e99091a202308235921
Qadının milyonçu əri üçün qoyduğu qaydalar GÜNDƏM OLDU

26 yaşlı Soudi Əl Nadak Dubayda tanış olduğu və ailə qurduğu milyonçu əri ilə sərt münasibət qaydalarına görə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

İngiltərənin Sasseks şəhərində doğulub böyüyən Soudi Əl Nadak 32 yaşlı iş adamı əri Camal Əl Nadak ilə 7 il əvvəl Dubayda universitetdə oxuyarkən tanış olub.

Camalla 3 ildir evli olan Soudi qeyri-adi evliliyi ilə sosial mediada diqqət çəkən cütlüklər sırasındadır. Cütlüklərin evliliklərində əks cinsdən olan dostlarının olmaması, bir-birlərinin şifrələrini bilmələri və hər an bir-birlərinə açıq olmaları üçün ciddi qaydalar var.

Tənqidlərə biganə qala bilməyən gənc qadın deyib: "İnsanlar həmişə məni qızıl axtaran adam hesab edir və deyirlər ki, Camal məndən bədənim üçün istifadə edir. Amma belə deyil, biz bir-birimizi həqiqətən sevirik. Camalla Dubayda universitetdə oxuyarkən tanış olduq və tez bir zamanda bağlandıq".

Soudi mədəniyyətlərarası nikahının təfərrüatlarını bölüşmək üçün "TikTok"da şəxsi həyatı ilə bağlı çoxlu paylaşımlar edir. İnstaqramda da çox aktiv olan Soudio Farabianın 160 mindən çox izləyicisi var. (lent.az)

21.08.2023 20:58
1754