6551c8aae98a9202311235642
Qadını öldürdü, sonra yas mərasiminə gəlib... - TƏFƏRRÜAT (VİDEO)

Astarada baş verən qətllə bağlı yeni təfərrüat məlum olub.

Qlobal.net Day.Az-a istinadən xəbər verir ki, araşdırmalarla rayonun Kakalos kənd sakinləri 37 yaşlı Vüsal Əskərov, 40 yaşlı Elmir Məmmədov və 40 yaşlı Şəmkir rayon sakini Bəhruz Süleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zeynəb Məmmədovanın yaşadığı evə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mərhum - 77 yaşlı qadının oğlu Əfqan Məmmədov iddia edib ki, qonşuları Şəmkirdən gələn şəxslə birlikdə əvvəlcədən plan qurublar. Fürsət tapan kimi evə giriblər. Bundan sonra qadın qətlə yetirilib.

Şübhəli şəxslər mərhumun oğlu ilə daha əvvəl Bakıda görüşüblərmiş.

Həmçinin qadını öldürən şəxslərdən biri hadisədən sonra Zeynəb Məmmədovanın ailə üzvlərinə zəng vurub və evlərində nələrinsə baş verdiyini deyib. Daha sonra həmin şəxs yas yerinə gəlib və izi itirmək üçün hadisənin təfərrüatı ilə maraqlanıb. 

13.11.2023 10:56
show 1000