Böyük Britaniyada qəribə hadisə baş verib.
Qlobal.net metbuat.az-a istinadən xəbər verir ki, Kristofer və Peter adlı şəxslər eyni qadınla evli olduqlarını öyrəniblər.
Məlum olub ki, Karen adlı qadın Peter adlı bəylə evlənəndən qısa müddət sonra Kristofer adlı şəxslə də ailə qurub. Qadın ikinci dəfə evlənərkən, ilk həyat yoldaşından boşanmayıb. Qadın bu vəziyyətdən istifadə edərək, ilk həyat yoldaşının bank hesabındakı pulları xərcləyib. Məsələnin üstü ikinci həyat yoldaşının diqqəti ilə açılıb. Kristofer məsələni öyrənəndən sonra boşanma iddiası qaldırıb. Qadının ilk həyat yoldaşı da oxşar iddia qaldırıb.
Kristofer və Peter məsələnin üstü açılandan sonra dost olublar.