Qalmaqallı çıxışları ilə gündəmdən düşməyən Esra Ezmecinin aparıcılıq etdiyi verilişə gələn qonaq etirafı ilə diqqət çəkib.
Esra Ezmecinin proqramına müraciət edərək kömək istəyən qadın ərinin işləmədiyini, eyni evdə yaşadıqları qayınatasının içki aludəçisi olduğunu, qayınanasının isə yanında ədəbsiz görüntülərə baxaraq ona göstərməyə çalışdığını etiraf edib.
Canlı yayımda yaşadıqlarından bəhs edən Göksu: "Uşaqlarımla yaşadığımız evdə həyat yoldaşım və qayınanam nalayiq görüntülərə baxır. Uşaqlarım da bunları görə bilər. Anasının baxdığını görəndə o, mənə də göstərməyə çalışdı amma iyrəndiyim üçün baxmaq istəmədim. Qaynanam da mənə "Sən mənim oğluma arvad ola bilməzsən, qadın ərinə hər şey olmalıdır..Allah səni islah etsin" deyərək məni danladı" deyə etiraf edib. (milli.az)