Qadın uşaqlarını rayona göndərdi, kişilərlə əlaqədə oldu, sevgilisi isə... – ŞOK
Bakının Suraxanı rayonunda 1978-ci il təvəllüdlü Seymur 1985-ci il
təvəllüdlü sevgilisi Ləmanı (adlar şərti verilib – red.) öldürüb.Seymur
3 iyul 2022-ci ildə saat 14 radələrində sevgi münasibətlərində olduğu
Ləmanın son günlər onunla əlaqələrini kəsərək başqa şəxslərlə
görüşməsini qısqanıb, həmçinin onun və ailə üzvlərinin ünvanına mobil
telefonda nalayiq ifadələr işlətməsindən qəzəblənib.
Seymur
Ləmandan qisas almaq məqsədilə bıçaqla onun yaşadığı Zığ qəsəbəsindəki
binanın qarşısına gəlib. Ləmanın qapını açmasından istifadə edərək
boğazından tutub, içəriyə doğru itələyib. Mənzilin dəhlizinin döşəməsi
üzərinə yıxaraq bıçaqla bədənin müxtəlif nahiyələrinə zərbələr vurub.
Qadın aldığı zərbələrdən vəfat edib.
“Ya evində, ya oteldə görüşürdük”İstintaq
orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 120.2.4
(xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və
157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil
toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən
şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü
qismən təqsirli bilib. Bildirib ki, evlidir, iki övladı var, ailəsi ilə
birlikdə yaşayıb: “2002-ci ildə qəsdən sağlamlığa ağır zərər vurmaya
görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuşam.
5
il 10 ay azadlıqdan məhrumetmə növündə cəza çəkmişəım. Zərərçəkmiş
Ləmanı təxminən 3 ildir tanıyıram. Onunla həmin vaxt eyni binada
yaşamışıq. Ləmanın əri ölüb, 2 oğlu ilə birlikdə bizimlə eyni binada
yaşayıb və Nizami rayonunda gözəllik salonlarının birində işləyib. O
vaxtdan biz görüşməyə başladıq. Ləmanın evində, yaxud oteldə
görüşürdük”.
“Çox kişilərlə münasibətdə olmuşdu”Təqsirləndirilən
şəxs qeyd edib ki, Ləman hadisədən 1 il əvvəl övladları ilə Suraxanı
rayonunun Zığ qəsəbəsinə köçüb: “Biz yenə görüşməyə davam etdik. Ləman
kafedə ofisiant işləyirdi. Ona ayda təxminən 200-300 manat pul verir,
arabir evinə ərzaq alırdım. Uşaqları Vüsal və Adil də məni tanıyırdılar.
Ayda
bir neçə dəfə Ləmanın evinə gedirdim. Onda Ləman uşaqları həyətə
oynamağa göndərirdi. Mənimlə birlikdə olduğu vaxt başqa heç kimlə
münasibət salxlamadığını desə də, onun başqalarıyla da münasibəti
olduğundan şübhələnirdim. Ləman isə bunu boynuna almırdı. Görüşdükləri
kişilərin dostları olduğunu deyirdi. Məndən öncə o, çox kişilərlə
münasibətdə olmuşdu”.
“Qapını açan olmadı”Seymurun
sözlərinə görə, iyulun 15-də Rusiyaya getməyi planlaşdırdığından Ləmana
tez-tez görüşməyi təklif edib: “Ləman uşaqları Yevlax rayonuna göndərsə
də, bunu mənə bildirməmişdi. Ləmanın oğlu Adillə danışdığından başa
düşdüm ki, onu qardaşı ilə Yevlaxa yollayıb. Bunu bildiyimi Ləmana
demədim.
İyulun 1-də Ləmana mesaj yazaraq səhəri gün saat
18.00-da evinə gələcəyimi bildirdim. O da mənə gəl, ya gəlmə demədi.
Səhəri gün saat 11 radələrində yenidən axşam Ləmana onun evinə
gələcəyimi dedim.
Axşam saat təxminən 19 radələrində Zığa getdim.
Qapını döysəm də açan olmadı. Ləmanın yatdığını düşündüm, bir qədər
gözlədikdən sonra həyətə düşdüm. Həyətdə gəzişdikdən sonra yuxarı
qalxdım, yenə qapını açan olmadı”.
“Vuracağımdan qorxdu”Seymur
qeyd edib ki, saat 21.00-a qədər Ləmanın yaşadığı binanın həyətində
gəzişib, bir neçə dəfə qalxaraq qapını döyüb: “Dəfələrlə telefonuna zəng
vursam da, cavab vermədi. Sonradan Ləman mənə vatsapda mesaj yazaraq
rayonda olduğunu bildirdi. Yenidən zəng vurduqda ona zəng çatmadı,
telefonu söndürmüşdü.
Ləmanın oğlu Adilə zəng vurdum, telefonu
Ləmanın anası götürdü. Ləmanın iş yerindən zəng vurduğumu dedim, Ləmanın
Yevlax rayonunda olub-olmadığını soruşdum. Qadın qızının rayona
gəlmədiyini dedi. Ləmanın mənə yalan danışdığını anladım. Binanın
həyətində Ləmanın gəlməyini gözlədim.
Saat təxminən 00.00-da
həyətdə olarkən Ləmanın ağ rəngli “Kia Rio" markalı maşından düşdüyünü
gördüm. Maşının sürücüsü kişi idi. Ləmandan haradan gəldiyini, maşını
sürənin kim olduğunu soruşdum. O da müştərisinin saçını düzəltməkdən
gəldiyini, gəldiyi maşının taksi olduğunu dedi.
Ləmandan niyə yalandan Yevlaxda olduğunu söyləməsinin səbəbini soruşdum. Mənim əsəbi olduğumu görüb, onu vuracağımdan qorxdu”.
“Mühafizəçilərin yanılna qaçdı”Təqsirləndirilən
şəxsin sözlərinə görə, onlar həyətdəki oturacaqda oturublar: “Ləman
qorxduğu üçün məndən sakitləşməyimi xahiş elədi, evə qalxıb orada söhbət
etməyimizi təklif etdi. O, evin açarının mühafizədə olduğunu deyib,
mühafizəçi olan köşkə getdi. Tez içəri girərək, mühafizəçidən kömək
istədi, polisə xəbər verməyi bildirdi.
Mühafizəçi məndən yaşca
böyük olardı. O, buranı tərk etməyimi tələb etdi. Bir nəfər gənc oğlan
da vardı. Oğlan mənə əsəbi olduğumu söylədi, sakitləşmək üçün getməyimi
məsləhət bildi. Ləmanın həmin şəxslərin yanından uzaqlaşmadığını gördüm,
taksi çağıraraq öz yaşadığım evə getdim. Gecə təxminən saat 1 radələri
olardı”.
Təqsirləndirilən şəxs bildirib ki, səhər işə getməyib:
“Saat 10.30-da Ləman mənə mesaj yazdı. Ona 10-15 dəqiqə sonra yazmasını,
evdə olduğumu dedim. Lakin Ləman mənə artıq-əksik sözlər yazdı, səs
ataraq "sənin ailənin, arvadının başına oyun açdıracam, 3-4 adamla evinə
gəlib sənin və sənin arvadının başına oyun açdıracam” dedi.
Bu
sözlər məni əsəbləşdirdi. Saat təxminən 11 radələrində taksi ilə Ləmanın
yaşadığı evə doğru getdim. O, vatsapda yenə mənə təhqiramiz sözlər
dedi. Mən də eyni cavabı verdim. Ləmanın yaşadığı evə çatdım. Bir qədər
binanın həyətində gəzişə-gəzişə Ləmanla danışdım. O, yenə mənim ailəmi
təhqir eldi”.
“Əlimdə bıçaq, üst-başım qan içində olub”Təqsirləndirilən
şəxs bildirib ki, liftlə binanın 4-cü mərtəbəsinə, Ləmanın yaşadığı
mənzilə qalxıb: “Çox əsəbiydim. Ümumi dəhlizdə Ləmanın mənzilinin
içərisindən səs gəlirdi, o, kiminləsə telefonla danışırdı. Bir qədər
gözləyib qapını döydüm. Qapı açıldı. Dərhal Ləmanın boğazından tutub
itələdim, o, yerə yıxıldı. Evin içinə girərək Ləmanın üzərinə hücum
etdim. Özümlə gəzdirdiyim bıçağı çıxardaraq bədəninin müxtəlif
nahiyələrinə zərbə endirməyə başladım.
Daha çox Ləmanın bədəninin
yuxarı hissəsinə, döş qəfəsi və qarın nahiyəsinə zərbə vururdum. Ləman
yerdə olarkən əli ilə mənə mane olmağa, bıçaq zərbələrinin qarşısını
almağa çalışırdı. Bıçaqdan tutaraq "vurma, qələt eləmişəm, balam var,
məni öldürmə” deyə yalvarırdı. Mən isə "balanı fikirləşirdinsə, belə
hərəkət eləməzdin" deyərək yenidən Ləmana bıçaq zərbəsi endirdim.
Ləman
qışqıraraq kömək istəyirdi, qapı açıq idi. Səsə bir nəfər qonşu qadın
gəldi. Məni görəndə qorxdu. Ona getməsini dedim. O da uzaqlaşaraq getdi,
kömək üçün qışqırdı.
Evdən çıxıb liftə tərəf yönəldim. Liflə
çatanda qonşu qadını gördüm, qışqıraraq köməyə adam çağırırdı. Əlində
telefon tutmuşdu. Ya həkimə, ya da polisə zəng vurduğunu düşündüm.
Liftin
qarşısında olarkən Ləman arxamca gəldi. Nəsə desə də, nə söylədyini
anlamadım. Bıçaqla kürək nahiyəsindən vurdum. Bundan sonra liftə minərək
aşağı düşdüm. Əlimdə bıçaq, üst-başım qan içindəydi. Həyətdən çıxıb
yola tərəf getdim. Avtobusa əl eləsəm də, sürücü məni görərək saxlamadı.
Yolu
keçib getdikdə arxamdan gələn tanımadığım adamlar qışqıraraq təslim
olmağımı istədilər. Onlara burdan gedin dedim. Cəld tərpənib bir qədər
oradan uzaqlaşdım. Yanımda bir maşın saxladı. Maşından polis olduğunu
deyən mülki geyimdə bir şəxs düşdü. Məndən bıçağı yerə atmağımı və ya
onlara təhvil verməyimi tələb eldi. Bıçağı polis əməkdaşına təhvil
verdim. Post patrul xidmətinin maşını gələrək məni polis bölməsinə
apardı”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Seymur 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com