Hindistanın Qərbi Benqal ştatında yerləşən MAKAUT Universitetində baş verən hadisə ölkə gündəminə çevrilib.
Qlobal.net xəbər verir ki, Universitetin Psixologiya fakültəsinin rəhbəri olan qadın professorun birinci kurs tələbəsi ilə auditoriyada evlənməsi, həmin anların sosial şəbəkələrdə yayılması ilə ciddi müzakirələrə səbəb olub.
Gəlinlik geyimində görüntülənən professor sonradan açıqlama verərək, bunun sadəcə "psixoloji dram layihəsi" olduğunu bildirib. O, videonun onu nüfuzdan salmaq istəyən həmkarı tərəfindən yayıldığını iddia edib.
Lakin universitet rəhbərliyi bu açıqlamanı inandırıcı hesab etməyib. Məsələnin araşdırılması üçün beş nəfərlik xüsusi komissiya yaradılıb və komissiya professorun iddiasını əsassız sayıb.
Rektor vəzifəsini icra edən Tapaş Çakraborti hadisəni "uyğunsuz mərasim" kimi qiymətləndirərək, professoru işdən çıxarıb.
Hadisənin ardından sarsıldığını bildirən professor, fevralın 1-də universitet rəhbərliyinə elektron məktub ünvanlayıb.