27.02.2021
18:34
525

Qadın müəllim "Zavuç"la gizli eşq yaşayırmış - Cinayətə səbəb olan xəyanət

Loading...

3 il əvvəl törədilən cinayətin üstü ötən gün açılıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, xəyanət yenə cinayətə səbəb olub. Müəllim qadının müdir müavini ilə gizli münasibəti iki nəfərin ölümü ilə nəticələnib.

Adanada yaşayan Nazmiye Güven polisə müraciət edərək ərinin itkin düşdüyünü bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, qadın özü ərinin öldüyünü bilir, hətta, cəsədini qatillə birlikdə daşıyıb.

Belə ki, işlədiyi məktəbin "zavuç"u ilə eşq yaşayan qadın bu səbəbdən əri ilə dalaşıb. Bu əsnada qadının atası kürəkənini öldürüb. Onlar birlikdə cəsədi kimsəsiz əraziyə atıb, qaçıblar.

Olayın üstü açılanda polislər Nazmiye Güvenin atasını tutmaq üçün onun evinə gəldikdə kişinin ürəyi tutub və ölüb. O, həbsxanaya girmədən dünyasını dəyişib.

Loading...