nəzakət

“Qadın ərinin qarşısında itaətkar olmalıdır” - Nəzakət Məmmədova

Aktrisa Nəzakət Məmmədova “Nigar xanım” verilişində müzakirələrə səbəb olan açıqlamalar edib. 

Qlobal.net xəbər verir ki, qadınlar barədə danışan sənətçi onların kişilərə itaət etməli olduğunu bildirib: 

“Qadın ərinin qarşısında itaətkar olmalıdır. Əgər qadınlar kişilərdən üstün olsaydı, Allah birinci Adəmi yaradıb sonra onun qabırğasından qadını yaratmazdı, çünki biz kişilərə tabe olmalıyıq. Amma bu o demək deyil ki, nə olsa, kişi başına qapazı vurmalıdır, sən də qapaz altında oturmalısan. Arada hörmət olmalıdır”.  (yenisabah.az)

02.08.2024 15:02
show 540