Qadın ərini və 7 uşağını atıb evdən getdi -“Evə saqqalı kişilər gəlirdi”

“Mənim 17 illik ailəm bir ayın içində məhv oldu”.
Qlobal.net xəbər verir ki, bu sözləri Bakı sakinlərindən biri bloqer Nail Kəmərlinin “Youtube” kanalında yayımladığı verilişdə deyib.
Məlumata görə, qadın ərini və 7 uşağını ataraq evi tərk edib. Verilişə müraciət edən kişi isə bildirir ki, bunu qadının öz istəyi ilə etdiyinə inanmır.
Onun sözlərinə görə, evdə olmadığı vaxtlarda saqqalı kişilər evə gəlib və yoldaşını şantaj ediblər. Bu iddianı onun övladları da təsdiqləyib. Kişi bildirir ki, həyat yoldaşını bu vəziyyətə salan əsas səbəb narkotikdir. O iddia edir ki, evdə tək olan zaman tanımadığı insanlar gələrək qadına bağlı paketlər verib və onları saxlamağı tələb ediblər.
Uşaqların sözlərinə görə, anaları bu barədə heç kəsə deməməyi tapşırıb.



