Ersa Erolun verilişində yaşanan qalmaqal barədə məlumat vermişdik.
Qlobal.net milli.az-a istinadla bildirir ki, dayə işləyən şəxsin 8 yaşlı uşağın qatili olmasının üzə çıxmasından sonra daha bir dəhşətli fakt məlum olub.
Esra Erol bildirib ki, azyaşlını öldürən şəxs həbsxanadan çıxdıqdan sonra cinsiyyətini dəyişdirib. Əvvəllər adı Sərkan olan qadın sonradan özünü hər kəsə Məryəm kimi təqdim edib.
Qeyd edək ki, qadın verilişə tam başqa məqsədlə qonaq olmuşdu. O, evli kişinin məşuqu kimi dindirilirdi.