16.03.2021
20:37
112

"Qaçqınların təhlükəsiz şəkildə geri dönmələri mümkün deyil" - Türkiyə AÇIQLADI

Loading...

Suriyalıların təhlükəsiz və könüllü şəkildə geri qayıtmaları üçün Türkiyə, Avropa Birliyi, ABŞ, Rusiya, İran və digər qonşu ölkələr kollektiv şəkildə çalışmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

Qalın bildirib ki, PKK/YPG və Bəşər Əsəd rejiminin zorakı fəaliyyəti səbəbindən miqrantların təhlükəsiz şəkildə geri dönmələri mümkün deyil:

“Miqrasiya böhranının əsas səbəbi Suriyadakı müharibədir. Bu müharibə dayanmazsa, böhran da kökündən həll edilməyəcək. Coğrafi baxımdan uzaq olmaları səbəbindən Avropa ölkələri bu problemə çevik reaksiya vermir”.

Loading...