66011bc066252202403243752
Qaça bilərdi, amma… – Vüqar “Crocus”da terrorçularla belə vuruşub - VİDEO

“Crocus City Hall” terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var.

Referans.az Rusiya mediasına istinadən xəbər verir ki, Vüqarın terrorçularla mübarizəsi rusiyalılar tərəfindən əsl qəhrəmanlıq kimi qiymətləndirilir.

Bu arada isə həmyerlimizin həmin anlarda böyük qəhrəmanlıq göstərərək terrorçular qarşında nəinki qaçmadığını, hətta barrikada quraraq müqavimət göstərdiyini əks etdirən görüntülər yayımlanıb.

Şahidlərin bildirdiyinə görə, Vüqarın hadisə yerindən qaçmaq imkanı olsa da, o, bunu etməyib və sona qədər dirəniş göstərib. Amma bir neçə dəqiqəlik müqavimətdən sonra Vüqar və həyat yoldaşı güllələnib.

Həmin görüntüləri təqdim edirik:


25.03.2024 10:37
show 1017