photo_75303004
Putin Türkiyəyə gedəcək?

“Putin Türkiyəyə gəlməsi məsələsi var”.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına açıqlamasında deyib.

“Bizim Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası mexanizmimiz var və bu məsələ ilə bağlı Rusiyadan tarix gözləyirik. Amma indi, artıq bir aydır ki, müharibənin qızğın olduğu bir vaxtda gərginliyin azaldılması, daimi atəşkəs və humanitar dəhlizlərin açılması istiqamətində addımlar atıldığından onun nə vaxt gələcəyi ilə bağlı heç nə demək mümkün deyil”.

O əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar olaraq hər iki tərəflə görüş keçirib və indi Putinin şura iclası üçün Türkiyəyə gəlməsini gözləyirlər.

31.03.2022 15:31
201