Ukraynanın nüvə silahına sahib olacağı ilə bağlı iddialara cavab verən Rusiya Prezidenti Vladimir Putin buna qətiyyən icazə verməyəcəklərini bəyan edib. Putin Ukraynanın nüvə silahı əldə etməsi halında əlindəki bütün silahlardan istifadə edəcəklərini vurğulayıb.
Qlobal.net bildirir ki, Putin Qərbdə belə iddiaları gündəmə gətirən şəxslərin məsuliyyətsiz olduğunu və dünya sülhünü təhlükəyə atdığını qeyd etdi. O, “Bu insanlar üzərlərinə heç bir məsuliyyət götürmürlər” deyib.
Putin, həmçinin Ukraynanın nüvə silahına sahib olmasının beynəlxalq müqavilələrə zidd olduğunu xatırladıb. Nüvə Silahlarının Qadağan Edilməsi Müqaviləsi və kütləvi qırğın silahlarının qadağan olunmasına istinad edən Putin bu cür addımların beynəlxalq hüququn gözardı edilməsi demək olduğunu vurğulayıb.
Fidan
Qlobal.net