635fd0b0e8854202210224208
Putin buna görə Paşinyandan ÜZR İSTƏDİ

Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir. 

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, Putin Paşinyanla ikitərəfli görüşü açıq elan edərkən zarafatyana Soçidə müşahidə edilən yağışlı havaya görə üzr istəyib.

“Bu gün Soçidə görüşürük. Görüş yerini də siz və Azərbaycan Prezidenti İlham Əliyev seçmisiniz. Payız havasına görə üzr istəyirəm, lakin heç nə edə bilmərik, payız payızdır”, - deyə Putin qeyd edib.

Rusiya lideri, həmçinin Soçidə bir neçə dəfə Ermənistan və Azərbaycan liderləri ilə üçtərəfli formatda görüş keçirdiyini də xatırladıb.

“Əsas olan bu deyil. Əsas olan görüşmək, danışmaq imkanının olmasıdır”, - deyə Putin əlavə edib.


31.10.2022 17:41
604