Məşhur meyxanaçı Rüfət Nasosnu təyyarə almaq üçün pul yığdığını bildirib.
O bu barədə qatıldığı teleproqramlardan birində açıqlama verib.
“Mən “Online” qaydada bütün dünyanı gəzmişəm. Bədbəxtliyim odur ki, təyyarədən qorxuram. Ona görə də pulumu yığıram ki, özümə təyyarə alım”,- deyib.
Müğənnni şəxsi təyyarəsində uçmaqdan qorxub – qorxmayacağını açıqlamayıb.
Qeyd edək ki, ən ucuz özəl təyyarənin qiyməti 1,5 milyon dollardan başlayır. (lent.az)