64817d9b2f9f5202306230459
“Pulumu verməsən, səni biabır edəcəyəm” - Yusif Mustafayev hədələdi

"Mənə xəsis deyirlər. Mən xəsis deyiləm. Amma kimə yardım edib, kimə etməməyi bilirəm. Buna görə adım xəsisə çıxıb. Ona-buna verib geri ala bilmədiyim pullarla saray tikmək olar".

Qlobal.net lent.az-a istinadən bildirir ki, bu fikirləri müğənni Yusif Mustafayev qatıldığı şou-proqramlardan birində səsləndirib.

O deyib ki, müxtəlif adamlara əl tutmaq üçün verdiyi 150 min manatdan çox pulu geri ala bilmir.

"Bir dəfə deyirəm, istəyirəm, sonra ar eləyirəm. Amma onlar ar eləmir. Adam var, 20 ildir, adam var 15 ildir borc vermişəm, hələ geri ala bilmirəm. Bir dostum var, pulumu vermir. Bax burdan deyirəm, borcumu qaytarmasan adını çəkəcəm, kənddə biabır olacaqsan. Onların arasında cəlilabadlı da var, qubalı da var, laçınlı da var. Allaha and olsun, adınızı çəksəm, ətrafdakılar sizdən nifrət edəcəklər. Gətirin pulumu verin",- deyə o  vurğulayıb.

Müğənni bu günə qədər verdiyi, lakin geri ala bilmədiyi pulların siyahısını tutduğunu və verdiyi şəxslərə halal eləmədiyini deyib.

08.06.2023 11:04
show 431